
“Bu gün Rusiyanın Sosial-Demokrat Partiyasinin sədri Vladimir Jirinovski Azərbaycana səfərə gəlib.
Səfər zamanı o, Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək”. Qaynar.info xəbər verir ki, bunu modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
Qaynar.info xəbər verir ki, Akif Təvəkküloğlunun sözlərinə görə, Jirinovskinin bir çox yerlərdə görüşü gözlənilir: “Təbii ki, görüşdə iki ölkə arasında dostluq qruplarının üzvləri də iştirak edəcək. Jirinovski Bayraq meydanına gedəcək, Fəxri xiyabanda, Şəhidlər Xiyabanında olacaq. Onun rusdilli məktəblərə baş çəkəcəyi də gözlənilir”.
Qaynar.info