Xəbər lenti

Jirinovskiyə qarşı cinayət işi- 10 il
Ölkə12:23 25.07.2014

Jirinovskiyə qarşı cinayət işi- 10 il

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası Kommunist partiyasının lideri Gennadi Zuqanov və Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski Ukrayna sərhədini keçdikləri zaman həbs olunacaqlar.
“Qafqazinfo” İnterfax-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak məlumat verib.

“Daxili İşlər Nazirliyi onların tutulub məhkəməyə təhvil verilməsi üçün mümkün olan bütün variantlara əl atacaq”-deyə o, Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Nazirliyin saytında yerləşdirilən məlumatlara görə, adıçəkilən siyasətçilər Ukrayna konstitusiyası tərəfindən müəyyən edilmiş sərhədlərin dəyişdirilməsi istiqamətində pul əməliyyatlarında iştirak ediblər. Bu, isə məlum arzuolunmayan nəticələrə gətirib çıxarıb.

Sözügedən ittihamlara görə Zuqanov və Jirinovskini 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Qaynar.info