
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı Mehman Hüseynov bu gün səhər Heydər Əliyev adına Bakı hava limanında saxlanılıb.
Mehman Hüseynov Norveçə "Qerd Buserius" - "Azad Avropa Mətbuatı" mükafatını almağa gedirmiş. Qeyd edək ki , Daxili işlər Nazirliyi Mehan Hüseynovun ölkədən kənara çıxmağına 1 il qadağa qoyub. Səbəb isə onun ötən il həbs olunması ilə bağlıdır. Xatırladaq ki, Mehman Hüseynov keçən il iyunun 12-də Səbayel Rayon Polis İdarəsinə üç saatlıq dindirilmədən sonra Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) təqsirləndirilən şəxs qismində saxlanılmışdı. Son məlumata görə Səbayel rayon polis idarəsinə aparılan Mehman Hüseynovu Norveçə getməyə icazə verməyiblər.
Qaynar.info