
Ötən dindirmədə jurnalistdən fevralın 25-də prokurorluğa öz kompüteri ilə gəlməsi xahiş olunmuşdu. İstintaq jurnalistin elektron poçt ünvanına baxış keçirmək istəyir.
Fevralın 24-də “Media forum” saytına danışan Xədicə İsmayıl deyib ki, heç nədən çəkinmədən növbəti dindirməyə gedəcək və kompüterini də özü ilə aparacaq.
Xədicə İsmayıl fevralın 17-də “Facebook” şəbəkəsində yerləşdirdiyi, Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən sənədə görə şahid qismində dindirilir. Həmin materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona 2011-ci ildə ötürmüş şəxsin adını istintaqa söyləyib.
Qaynar.info