
"Azadlıq" qəzeti və "Azərbaycan saatı" teleproqramının əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin məhkəməsi başa çatıb.
Bu gün keçirilən prosesdə Seymur Həzi son söz deyib və məhkəmə heyəti hökm çıxarıb. Məhkəmə Seymur Həziyə 5 il həbs cəzası kəsib.
Seymur Həzinin həbsi üçün istifadə olunan və guya onunla dalaşmış şəxs kimi işə cəlb olunan Məhərrəm Həsənova isə 6 ay həbs cəzası verilib.
Xatırladaq ki, prokuror Seymur Həziyə 6 il, Məhərrəm Həsənova 9 ay həbs cəzası istəmişdi.
Qaynar.info