Xəbər lenti

Jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazları təsdiqləndi
Ölkə08:51 30.12.2021

Jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazları təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazları müəyyənləşir.
Qaynarinfo xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan "Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları var:
1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;
2. dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;
3. əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;
4. bu qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.