Xəbər lenti

Jurnalisti döyərək öldürənlərdən daha biri futbolçu imiş
Ölkə10:47 20.08.2015

Jurnalisti döyərək öldürənlərdən daha biri futbolçu imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jurnalist Rasim Əliyevin ölümünə görə istintaqa cəlb edilənlərdən daha birinin futbolçu olduğunu müəyyən etmişik. Sport7.az bu barədə özəl məlumat əldə edib.

Redaksiyamıza daxil olan məlumata görə, bu, Kənan Elşad oğlu Mədətovdu. Jurnalist ölümünə görə təqsirləndirilən Mədətov 1995-ci il yanvarın 14-də anadan olub. O, futbolçu karyerası ərzində Bakının "İnter" klubunda oynayıb.  20 yaşlı Kənanın "bankirlər"dəki çıxışı 2012/2013 mövsümünə təsadüf edib. Mədətov  paytaxt klubununun formasını cəmi 8 ay geyinə bilib. Adı cinayətdə çəkilən Kənanın "İnter"dən ayrıldıqdan sonra futbolla vidalaşdığı ehtimal olunur. 

Qeyd edək ki, buna qədər həbs olunanlardan Samir Mustafayev, Elşən İsmayılov və Camal Məmmədovun daha futbolçu olduqları öz təsdiqini tapmışdı. 

Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.

Qaynar.info