Xəbər lenti

Jurnalisti maşın vurdu
Ölkə11:23 10.01.2014

Jurnalisti maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlunu maşın vurub. Xoşbəxtlikdən zərbə möhkəm olmayıb və ciddi bir zədə yoxdur. 

K. Rövşənoğlu deyib ki, 20-ci sahədə yolu keçərkən “VAZ-2107” markalı maşın onu və ailə üzvlərini vurub: “Maşından düşən sürücü mənə qarşı kobudluq etdi. Özü günahkar ola-ola məni günahkar çıxarmağa çalışdı”. Kənan deyib kü, sürücü onun və ailə üzvlərinin xəsarət alıb-almaması ilə maraqlanmayaraq hadisə yerindən uzaqlaşıb: “Ağ rəngli “07” idi, nömrə nişanı da belə idi – Az 90 GG 346”. 

Jurnalist media vasitəsi ilə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edərək sürücü barəsində ölçü götürülməsini istəyib.//musavat.com