Xəbər lenti

Jurnalistin ölümü ilə bağlı ŞOK AÇIQLAMA: "Rasimin qabırğasını xəstəxanada sındırıblar"
Ölkə06:08 30.03.2017

Jurnalistin ölümü ilə bağlı ŞOK AÇIQLAMA: "Rasimin qabırğasını xəstəxanada sındırıblar"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevinölümündə təqsirli bilinən şəxslərin barələrindəki hökmdən verdikləriapelyasiya şikayəti üzrə proses keçirilib.

"Qaynar" bizimyol-a istinadən xəbər verir ki, prosesdə sədrlik edən hakim Qədim Babayevbildirib ki, ötən prosesdə Rasim Əliyevin xəstəxanaya daxil olarkənçəkilmiş rentgen görüntüsünün məhkəməyə təqdim edilməsi və əlavə şahidqismində Rasimi müayinə edən həkimlərin dindirilməsi barədə vəkillərinverdikləri vəsatət müzakirəyə çıxarılır. Vəkillər bildiriblər ki,cinayət işi materiallarında olan sənədlərə əsasən, Rasim Əliyevxəstəxanaya daxil olarkən qabırğasında sınıq olub, daxili orqanlarızədələnib. Bununla bağlı rentgen çəkilşi olsa da, həmin rentgen kağızıcinayət işi materiallarına əlavə edilməyib. Həmçinin həkimlər məhkəmədədindirilməyib.

Zərərçəkən tərəfin hüququ varisi - Rasim Əliyevin anası Teyfurə Əliyevanın vəkili Fariz Namazlı dabildirib ki, bu məsələdə təqsirləndirilənlərlə zərərçəkən tərəfinmövqeyi üst-üstə düşür. "Bizirnci instansiya məhkəməsində də həmzərərçəkən tərəf olaraq biz, həm də təqsirləndirilən tərəf bu barədəçoxsaylı vəsatətlər vermişik. Hesab edirik ki, Rasim Əliyevin ölümündəhəkimlərin də günahı var və onlar məsuliyyətə cəlb edilməlidirlər. Onagörə də vəsatətin təmin edilməsini istəyirik". 
Təqsirləndirilənlərdən 4 nəfərin vəkili olan Şəmsəddin Quliyevbildirirb ki, Rasim Əliyevə ölümə səbəb olan xəsarətlər xəstəxanadayetirilib. O rentgen şəklinin ortaya çıxarılmamasını da bununlaəlaqələndirib. 

Vəkil vurğulayıb ki, Rasim Əliyev xəstəxanaya daxil olarkən onunxəsarətləri ağır olmayıb və bu rentgen çəkilişində də öz əksini tapıb."Ona görə də şəkilləri gizlədirlər. Rasim Əliyevin əməliyyat olunmasıhaqda deyilənlər yalandır, onu əməliyyat eləməyiblər. Sadəcə, öləndənsonra xəstəxanada onun qabırğalarını sındırıblar, dalağı, mədəaltıvəzini cırıblar. Əgər ölümə səbəb olan xəsarətlər xəstəxanaya gələndəonda olsaydı, rentgen çəkilişində öz əksini tapardı. Ona görə də oçəkilişləri gizlədirlər. Əgər xəsarətləri ağır idisə, rəydə yazdıqlarıkimi, dalağı cırılmışdısa, niyə xəstəxanaya gələn kimi əməliyyateləməyiblər? Hətta öz yazdıqlarına inansaq, səkkiz saat gözləyiblər". 
Prokuror vəsatətlərə etiraz edib. Məhkəmə vəsatətlərin heç birini təminetməyib. Bu, təqsirləndirilən şəxslərin etirazına səbəb olub. "Yoldankeçənləri gətirib şahid kimi dindirdilər, amma həkimləri yox. İndiyəqədər məhkəmədə 50 vəsatət verilib, heç biri də təmin olunmayıb. Budurməhkəmə?!" - təqsirləndirilən Camal Məmmədov deyib. 

Təqsirləndirilən Samir Mustafayev isə jurnalistindöyülməsinə və ölümünə heç bir aidiyyəti olmadığını deyib. O daməhkəməni ədalətsizliyindən gileylənib: "Mənim günahım nədi? Məndən nəistəyirsiz? Çəkələklə davaya gedərlər? Mən Ağır Cinayətlər Məhkəməsindənbəri susuram, görüm bir vicdanlı adam çıxıb bu işə obyektiv baxacaqmı?Yoxdur..."

Çıxışlar mərhələsində zərərçəkmişin nümayəndəsi Fariz Namazlı RasimƏliyevin ölümü ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğvolunub, işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinəqaytarılmasını istəyib. Vəkil çıxarılan hökmün qanunsuz olduğunuvurğulayıb: "Hökmü bir hissədə qüvvədə saxlayıb, digər hissəsini geriqaytarmaq mümkün deyil. Bizim əsas narazılığımız həkimlərin məsuliyyətəcəlb olunmaması ilə bağlıdır. Məhkəmə qanunsuz ittiham əktı əsasındaqanunsuz hökm çıxarıb. O hökmün ləğv olunmasını xahiş edirik".

Zərərçəkmiş Teyfurə Əliyeva da hesab edir ki, övladının ölümündətəqsirləndirilən şəxslər qədər həkimlərin də günahı var. "Əlbəttə, CavidHüseynovun öyrədib göndərdiyi bu azğınlaşmış adamların hərəkətləri beləbir nəticəyə gətirib çıxarıb. Cavid də daxil olmaqla bunlar təhlükəliadamlardır. Belələri Azərbaycan futbolunda olduğuna görə futbolumuzinkişaf eləmir də. Hesab edirəm ki, bu adamlara verilən cəza azdır. Ammahəkimlər də vaxtında lazımi tədbir görməyiblər. Biz xəstəxanaya gedibçatana qədər Rasimi iki saata yaxın dəhlizdə saxlayıblar. Hətta bunagörə Rasimin Babək həkimlə mübahisəsi də olub. Rasimin ölümündəhəkimlərin rolu elə bunlar qədərdir. Ona görə həkimlərin də cinayətməsuliyyətinə cəlb olunmasını istəyirik".

Vəkil Şəmsəddin Quliyev çıxışında deyib ki, hüquqlarını müdafiəetdiyi dörd nəfərdən Samir Mustafayevə bəraət verilməlidir, çünki onunheç bir günahı yoxdur. Elşən İsmayılov, Camal Məmmədov və Arif Əliyevisə öz əməllərinə uyğun maddə ilə cəzalandırılmalıdır. Müdafiəçininfikrincə, onlara verilən ittiham əməllərinə adekvat deyil, ağırdır.
 
Qalan bir nəfər təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə ona aprelin 12-nə qədər vaxt verib.

Jurnalist Rasim Əliyev 8 avqust 2015-ci ildə bir qrup şəxs tərəfindəndöyüləndən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib vəbir neçə saat sonra dünyasını dəyişib. Hadisənin baş verməsinə səbəbjurnalistin öz Facebook" səhifəsində futbolçu Cavid Hüseynovu tənqidetməsi olub.
Bundan sonra C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov da R.Əliyevə zəngedərək təkzib verməsini tələb edib və aralarında mübahisə yaranıb.Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünəyaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və SamirMustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrindəBayıl qəsəbəsində "Bayıl market" maqazasının qarşısında onunla görüşüb.Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarınınzədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləriyetirərək hadisə yerindən qaçıblar. R.Əliyev təcili-tibbi yardımvasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, bir neçə saat sonradünyasını dəyişib.

Jurnalistin ölümü ilə bağlı Cavid Hüseynov və daha 5 nəfər həbsedilib. Məhkəmə jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov13, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Kənan Mədətov və SamirMustafayevi 9 il müddətinə azadlıqdan məhrum edib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynov ağır cinayətigizlətmədə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin hökumü ilə 4 ilmüddətinə azadlıqdan məhrum edilmişdi.

2016-cı il Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı iləonun cəzası 4 ildən 1 il 2 aya endirib və həmin müddət başa çatdığındanfutbolçu həbsdən azad edilib.

Qaynar.Az