Xəbər lenti

Jurnalistin üstünə qaynar çay töküldü, AZAL təyyarəsində dərman tapılmadı (FOTO)
Ölkə12:10 13.11.2017

Jurnalistin üstünə qaynar çay töküldü, AZAL təyyarəsində dərman tapılmadı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"O boyda təyyarədə yanıq üçün bir maz tapılmadı”.
"Qaynarinfo" xəbər verir ki, bu sözləri fəaliyyəti dayandırılmış ANS-in əməkdaşı Tünzalə Rafiqqızı sosial şəbəkədə yazıb.
Jurnalist bildirib ki, AZAL-ın təyyarəsi ilə İstanbula gedən zaman başına iş gəlib. Belə ki, stüardessanın əlindəki qaynar çaydan üstünə dağılıb:
"Qaynar su üstümə dağıldı. O boyda təyyarədə yarama vurmağa bir dərman tapılmadı. Axırda bir sərnişin oteldən götürdüyü balaca diş pastasını verdi, onu çəkdik. Bu da milyonluq təyyarəmizdə lüks xidmət”.
Qaynarinfo.Az