Səhhətində ciddi problemlər olan Nicat Dağlara dəstək məqsədi ilə dünən həmkarları tərəfindən açılan bank hesablarına ödənişlər dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb ölkə başçısı İlham Əliyevin jurnalistin müalicə xərclərini öz üzərinə götürməsi olub. Artıq prezident bu barədə lazımi göstərişlər verib. Jurnalist qısa müddət ərzində müalicə üçün Almaniyaya göndəriləcək.
Nicat Dağların səhhətinə həssas yanaşan hər kəsə xüsusi təşəkkürümüzü bildiririk. Məlumat üçün deyək ki, ona kömək üçün açılan bank hesabına köçürülən pul vəsaitinin məbləği açıqlanacaq və jurnalistə təqdim olunacaq.