
Azərbaycanın Milli Mətbuat günündə iyulun 22-də Turan agentliyinin, “Azadlıq” və “Xural” qəzetlərinin bir qrup jurnalisti ənənəvi olaraq 1875-ci ildə işıq üzü görən ilk Azərbaycan qəzetinin - “Əkinçi”nin banisi Həsən bəy Zərdabinin xatirəsini yad ediblər.
Fəxri Xiyabanda onun məzarına gül qoyulub.
Azərbaycanın müasir müstəqil mətbuatının rəmzi olan Nəcəf Nəcəfovun və 2005-c ildə xainliklə qətlə yetirilmiş “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarlarına da gül qoyulub. (contact.az)
Qaynar.info


