Xəbər lenti

Jurnalistlər üçün müsabiqə elan edildi
Ölkə12:10 24.09.2013

Jurnalistlər üçün müsabiqə elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ayın əvvəlindən etibarən Onlayn Media Müsabiqəsi elan olunub.

Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdırıb yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən  yazan jurnalistlər iştirak edə bilər.

Bu Müsabiqə çərçivəsində ilk dəfə olaraq Tvitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin sahibləri- mikrobloqçular olacaq.

Müsabiqə çərçivəsində olan bu tip tvitlər 15 sentyabrdan 15 noyabr tarixədək  müddətdə yalnız #ehokumət həştəqi vasitəsilə yazılmalıdır:

Həmçinin layihə çərçivəsində tələbələr arasında Twitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.
Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil,  distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini  Twitter şəbəkəsində açıqlayırlar.  Müsabiqə çərçivəsində olan bu cür tvitlər 15 sentyabrdan 15 noyabr müddətində   #etehsil həştəqi ilə yazılmalıdır.
Tvitlər  aşağıdakı prinsiplər əsasında qiymətləndiriləcək :

-          faydalılıq

-          ictimai əhəmiyyət kəsb etməsi

-          retvit və favorite olunma göstəricisi

-          mikrobloqçunun məhsuldarlığı

-          digər sosial media vasitələrinə inteqarsiya və.s

Onlayn media Müsabiqəsinin  Münsiflər heyəti  ölkənin tanınmış İT və yeni media mütəxəssisləri, media kspertlərindən ibarət olmaqla Multimedia Mərkəzi tərəfindən formalaşdırılır.

Qaynar.info