Xəbər lenti

Jurnalistlər üçün növbəti bina tikiləcək
Ölkə10:49 17.07.2013

Jurnalistlər üçün növbəti bina tikiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İyulun 22-də jurnalistlər üçün tikilən bina təhvil verildikdən sonra növbəti binanın tikintisi üçün qərar veriləcək". Bunu Qaynar.info-ya açıqlamasında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. V.Səfərli bildirib ki, iyulun 22-də bu bina təhvil verildikdən sonra növbəti binanın tikilməsi üçün işlər görüləcək.

O qeyd edib ki, hazırda ev veriləcək jurnalistlərin siyahısı hələ açıqlanmır: "Ev alacaq jurnalistlərin kimliyi binanın açılışı günü bilinəcək. Hansı mənzilin hansı jurnalistə verilməsi həmin gün püşkatma ilə müəyyənləşəcək”. Onun sözlərinə görə, evlə bağlı müraciət edən bütün jurnalistlərin məsələsinə baxılıb.


İlkin
Qaynar.info