Xəbər lenti

Jurnalistlər üçün üçüncü binanın təməli qoyuldu
Ölkə07:15 20.07.2017

Jurnalistlər üçün üçüncü binanın təməli qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməl qoyma mərasimində iştirak edib.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, dövlət başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa ediləcək bu binada da 255 mənzil olacaq.

Beləliklə, 2010-2017-ci illərdə tikilib istifadəyə verilmiş iki və hazırda təməli qoyulan üçüncü binada mənzillərin ümumi sayı 665-ə çatacaq.

Sonra xatirə şəkilləri çəkdirilib.

Qaynarinfo.Az