Xəbər lenti

Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon manat ayrıldı (SƏRƏNCAM)
Ölkə14:01 19.07.2017

Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon manat ayrıldı (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
"Qaynarinfo"-nun məlumatına görə, Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Qaynarinfo.Az