Xəbər lenti

Jurnalistlərin qurultayının tarixi açıqlandı
Ölkə11:16 05.02.2018

Jurnalistlərin qurultayının tarixi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkə jurnalistlərinin VII qurultayı mart ayının 10-da keçiriləcək.
Mətbuat Şurasından Qaynarinfo-ya verilən xəbərə görə, bu barədə Şuranın İdarə Heyətinin iclasında qərar qəbul edilib.
MŞ sədri Ə.Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil ediliblər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.
Qərara əsasən, Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda iki, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə bir nümayəndə ilə iştirak edəcəklər.