Xəbər lenti

Kabinetində porno izləyən erməni nazirlə bağlı yeni xəbər - Hamıdan gizlətdiyi qorxunc xəstəlik
Ölkə16:45 03.10.2020

Kabinetində porno izləyən erməni nazirlə bağlı yeni xəbər - Hamıdan gizlətdiyi qorxunc xəstəlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı hakerlər keçirdikləri növbəti kiber əməliyyat nəticəsində Ermənistanın Yüksək Texnologiyalar naziri Hakob Arşakyana məxsus kompüter sisteminə sızaraq idarəçiliyi tam ələ keçiriblər.
Sfera.az xəbər verir ki, könüllü azərbaycanlı proqramçılardan ibarət "Azerbijan Cyber Army" haker qrupunun erməni nazirin kompüterini ələ keçirdikdən sonra maraqlı məqamlar üzə çıxıb.
Bəlli olub ki, erməni nazir öz xidməti otağındakı kompüterdə mütəmadi olaraq porno saytları izləyir. Müşahidələrə əsasən iddia etmək olar ki, nazir Hakob Arşakyan müharibənin stresini atmaq üçün xidməti otağında bütün gün porno saytları izləməklə təsəlli tapır.
Erməni nazirlə bağlı üzə çıxan daha bir fakt isə onun hər kəsdən gizlətdiyi ciddi xəstəliklərinin aşkarlanmasıdır.
Ələ keçirilən Elektron Səhiyyə sistemində araşdırma zamanı bəlli olub ki, Hakob Arşakyan bipolar affektiv pozğunluq və psixotik simptomlarla müşahidə edilən epizod manik xəstəliklərindən əziyyət çəkir.