Xəbər lenti

Kabus həkimin qəbul etmədiyi xəstə Bakıya gətirildi - “Dedim ki, səfirliyə gedəcəyəm”
Ölkə09:10 07.05.2016

Kabus həkimin qəbul etmədiyi xəstə Bakıya gətirildi - “Dedim ki, səfirliyə gedəcəyəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün əvvəl Bakıdakı xəstəxanaların qəbul etmədiyini yazdığımız və 16 gündür ki, komada olan 8 yaşlı Əsmər Haqverdiyeva bu gecə Qazax Rayon Xəstəxanasından 1 saylı Şəhər Kiliniki Xəstəxanasına (Semaşko) gətirilib. 

Bu barədə AzNews.az-a Ə.Haqverdiyevanın atası Nizami Qaraoğlu məlumat verib. Onun sözlərinə görə, dünən Səhiyyə Nazirliyinə yollanıb və qəbulda olub: “Nazirlikdə olub onları da xəbərdar etdim. Dedim ki, mənim uşağımın günahı nədir ki, onu heç bir xəstəxana qəbul eləmir? Əgər mənim uşağımın sağalması üçün hər hansı addım atılmasa, yəni Bakı xəstəxanalarının birinə yerləşdirilməsə, Əsməri o vəziyyətdə götürüb Amerikanın Azərbaycandakı Səfirliyinə gedəcəm. Bundan sonra nazirlik Qazax rayon Xəstəxanasına ambulans göndərdi və Əsməri götürüb Bakıya gətirdik. İndi Əsmər “Semaşko”da reanimasiya şöbəsinə yerləşdirilib. Yanına buraxmırlar, həkimlə də görüşmədiyimdən ümumi vəziyyətlə bağlı məlumatsızam”.

1 saylı Şəhər Kiliniki Xəstəxanasının həkimi Fazil Nağıyev AzNews.az-a açıqlamasında bildirib ki, Əsmərin vəziyyəti ağırdır: “Beynindən əməliyyat olunub. Koma vəziyyətindədir”.

Qeyd edək ki, bir neçə gün əvvəl AzNews.az 8 yaşlı Əsmər Haqverdiyevanın aprelin 19-da avtomobil qəzası keçirdiyi və hadisə nəticəsində ağır travma alaraq Qazax rayon xəstəxanasına yerləşdirildiyi haqda məlumat vermişdi. Bildirmişdik ki, 16 gün komada olan xəstəni Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov rəhbərlik etdiyi səhiyyə ocağına buraxmır. Sözügedən yazını BURADAN oxuya bilərsiniz.

Qaynarinfo.az