Çeçenistan başçısı Ramzan Kadrov Teleqramda Rusiya
Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin qubernatorların
beynəlxalq mövzularda danışmağının qəbuledilməz olduğuna dair fikirlərinə çox kobud
şəkildə cavab verib.
Qaynarinfo xəbər verir ki, "Jirinovski, sözlərinə
görə üzr istə" yazan Kadırov qalmaqallı siyasətçini deputat mandatı
alverində günahlandırıb.
Bir qədər əvvəl radioda danışan Vladimir
Jirinovski prezidentin mətbuat katibi Dmitri Peskovun xarici siyasət məsələlərinin
qubernatorların səlahiyyətində olmaması haqda söylədiyi sözləri mahiyyətcə təkrar
edib. Jirinovskinin fikrincə, qubernatorların səlahiyyətləri iqtisadi məsələlərdir.
Xatırladaq ki, Peskovun fikirləri Fransa prezidentinin Məhəmməd peyğəmbərin karikaturalarının
yayılmasının qanuniliyi ilə bağlı fikirlərinə reaksiya olaraq Kadırovun
makronla bağlı işlətdiyi "terrorçuya çevrilən" və "təxribatları
dəstəkləyən" yazısına dolayı bir cavab idi.
Ramzan Kadırov Telegramda "qubernatorlara işlərini
öyrətmək cəsarəti tapan" Jirinovskiyə qarşı uzun-uzadı cavab yazıb. Kadırov
hesab edir ki, Liberal Demokrat Partiyasının rəhbəri dindən danışmasa, daha
yaxşı olar: "Din və mədəniyyət sənə tamam tərs olan anlayışlardır".
Çeçenistan rəhbəri Jirinovskini Duma mandatları üçün pul almaqda günahlandırıb.
"Terrorizmlə mübarizə mövzusunda kəkələmə, -
Kadırov sözünə davam edib. - Sözlərinə görə üzr istə".
Bundan əlavə, Çeçenistan rəhbəri yenidən Fransa rəhbərinə
müraciət edib: "Dayan və üzr istə".
Bu səhər UFC döyüşçüsü Həbib Nurmaqomedov
İnstaqram səhifəsində Emmanuel Makronu təhqir edərək tapdanmış üzündə ayaqqabı
izi olan şəkil yerləşdirib. Günortadan sonra, Moskvanın Fransa səfirliyi
yaxınlığında müsəlmanların ikinci spontan mitinqi baş verib. Mitinqdə də həmin
şəklin surətləri tapdalanıb. Fransız diplomatik nümayəndəlikləri Rusiya hökumətindən
qorumanı gücləndirmələrini xahiş edib.
Alpər
Şərhlər