Xəbər lenti

Kafedə qan töküldü
Ölkə05:22 01.07.2013

Kafedə qan töküldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gecə saatlarında 28 yaşlı oğlan bıçaqlanıb

Ötən gecə Qubada kafelərin birində bıçaqlanma olub. Rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, 28 yaşlı Fariz Mübariz oğlu Ağayev kafelərin birində bıçaqlanıb. Onu ağır yaralı halda xəstəxanaya yerləşdiriblər. Qarın nahiyəsindən iki bıçaq zərbəsi alan F.Ağayev dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağırdır. Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qaynar.info