Xəbər lenti

Kağız arayışlarla bağlı məsələyə nöqtə: “Bircə bu yetər...”
Ölkə09:03 01.10.2019

Kağız arayışlarla bağlı məsələyə nöqtə: “Bircə bu yetər...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İndiki zamanda kimdənsə yaşayış yerindən kağız formada hansısa məlumatı tələb etmək doğru bir şey deyil”. 
Bu sözləri Qaynarinfo-ya Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz rəqəmsallaşma dövründə qurumların vətəndaşlardan hələ də yaşayış yerindən arayış sənədi tələb etməsinə münasibət bildirərkən deyib. 
İKT üzrə ekspert bu metodun hələ də davam etməsinin səbəbini belə izah edib: 
"Bu sənədi tələb edənlərin rəhbərliyinin təlimatı var. Orada yazılıb ki, gələn-gedəndən yaşayış yerindən, sağlamlığından və s. arayışlar istəməlisən. Bu, doğru bir şey deyil. Çünki dövlətin bütün resurslarında bununla bağlı məlumat tapmaq olar. Elə vətəndaşın özü də elektron hökümət portalında, MyGov portalında qeydiyyatdan keçdikdə, haqqında məlumatlar orada rəsmi şəkildə görsənir. 
ASAN Xidmət tərəfindən hazırlanan MyGov portalında vətəndaş qeydiyyatdan keçən kimi şəxsi kabineti açılır. Şəxsi kabinetində dövlət qurumlarında onunla bağlı olan bütün informasiyalar, o cümlədən şəxsiyyət vəsiqəsi, yaşayış yeri, etibarnamələri, təhsili, diplomu və s. hər şey görsənir. Bu isə dövlətin informasiyasıdır. Elə bircə onu göstərmək, onu çap edib vermək yetərlidir. Hesab edirəm ki, dövlət qurumları artıq bu vərdişə yiyələnib, elektron metoda keçməlidirlər".
Röya Kərimli
Qaynarinfo