Xəbər lenti

Kamal Abdulla Kamal Abdullayevi təbrik etdi
Ölkə07:21 04.10.2017

Kamal Abdulla Kamal Abdullayevi təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, texnika elmləri doktoru Kamal Mixman oğlu Abdullayevi ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi münasibətilə təbrik edib.

Təbrikdə bildirilir: “Neft-kimya və təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətiniz, dövlətçiliyin qorunması uğrunda atdığınız addımlar yüksək münasibətə layiq görülüb. Bu münasibətlə sizi təbrik edir, cansağlığı və fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm. Dərin hörmətlə adaşınız Kamal Abdullayev”.

Qaynarinfo.Az