
“Hazırda Bakı Slavyan Universitetinin rektorunun vəzifəsini tədris işləri üzrə prorektor Asif Hacıyev icra edir”.
Bunu Lent.az-a açıqlamasında BSU-un mətbuat katibi Adil Əliyev bildirib. Onun sözlərinə görə, hələlik universitetə rektor vəzifəsinə təyinat olmayıb.
Mətbuat katibi ali məktəbə Seyfəl Həsənovun (elmi işlər üzrə prorektor) rektor təyin olunması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə də münasibət bildirib: “Bu, şayiədən başqa bir şey deyil”.
Qeyd edək ki, dövlət başçısının imzaladığı sərəncamla Kamal Mehdi oğlu Abdullayev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilərək millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.
A.Hacıyev isə 2000-ci il may ayından tədris işləri üzrə prorektor vəzifəsinə təyin edilib.
Qaynar.info