
Sudan çıxarılan avtomobildə sürücü aşkar edilməyib.
Axşam saatlarında Salyan rayonu ərazisindən keçən Kür çayının qolu olan “Bala Kür” adlanan çaya “KaMaz” markalı avtomobil aşıb. Avtomobil sudan çıxarılsa da salonda sürücü aşkar edilməyib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və əlaqədar qurumlar tədbirlər həyata keçirir. Sürücünün suda boğulub-boğulmaması məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.
Hadisə barədə əlavə məlumatlar dəqiqləşdirilir. (apa)
Qaynar.info