"Kamiloğlu” şirkəti Zəfər Günü münasibətilə bütün xalqımızı təbrik edib.
"Bu əlamətdar gündə qazilərimizlə fəxr edərək, şəhidlərimizi yad edir, Allahdan onlara rəhmət diləyirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq və şücaət nəticəsində bu gün müstəqil ölkəmiz tariximizin ən şərəfli günlərini yaşayır.
"Qarabağ Azərbaycandır” şüarı ilə İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb.
Təşəkkür edirik!", - deyə təbrikdə deyilir.