
Həmyerlimiz Kamran Ağayevin dünən meydana çıxmamasının səbəbi bəlli olub.
Sport7.az xəbər verir ki, "Osmanlıspor"la səfərdə qolsuz heç-heçəyə razılaşan "Kayserispor"un heyətində Kamran Ağayev gözə dəyməyib.
Millimizin qapıçısının adı start heyətdə yer alsa da, son anda "18 lik"dən çıxarılıb. "Kayserispor" rəsmi "facebook" səhifəsi vasitəsi ilə qapıçımız haqda son durumu açıqlayıb: "Oyundan öncə isinmə hərəkətləri zamanı sol əlinin 4 və 5-ci barmağından zədə alan qolkiperin son durumu ciddi deyil. Qolkiperin son durumu haqda məlumat rentgen müayinəsindən keçdikdən sonra veriləcək".
Qaynar.info