Xəbər lenti

Kamran Ağayev Eto və Ronaldinyo ilə bir komandada
Ölkə11:50 30.06.2015

Kamran Ağayev Eto və Ronaldinyo ilə bir komandada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin qolkiperi Kamran Ağayev "Kayserispor"dan rəsmən ayrılıb. 

Qaynar.info sportal.az-a istinadən xəbər verir ki, qolkiperimizi Superliqaya yeni vəsiqə qazanmış "Antalyaspor" transfer etmək istəyir. Baş məşqçi Yusuf Şimşekin transfer siyahısında ilk pillədə yer alan qapıçımız üçün artıq klub rəhbərliyi qapıçının meneceri ilə danışıqlara başlayıb. Hazırda müqavilənin detalları müzakirə olunur.

Bu barədə məlumatı futbolçunun meneceri Asim Musayev də təsdiqləyib. 

Qeyd edək ki, "Antalyaspor" ulduz futbolçular Samuel Eto və Ronaldinyonu transfer edib.

Qaynar.info