Xəbər lenti

Kamran Ağayev sıradan çıxdı
İdman13:10 27.07.2014

Kamran Ağayev sıradan çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin əsas qolkiperi Kamran Ağayev ciddi zədə alıb.

Anspress-in məlumatına görə, "Qəbələ" klubunun üzvü məşqdə zədələnib.

Hazırda Hollandiyada təlim-məşq toplanışında olan klubun qapıçısı minimum 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Klubdan verilən məlumata görə, Kamran Ağayevin diz bağlarında problem yaranıb.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 20-də Özbəkistanla keçirəcəyi yoldaşlıq görüşündə Kamran Ağayevin xidmətlərindən istifadə edə bilməyəcək.

Qaynar.info