Xəbər lenti

Kamran Əliyev üç rayona prokuror təyin etdi
Ölkə15:18 20.04.2022

Kamran Əliyev üç rayona prokuror təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağsu rayonuna yeni prokuror təyin olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Elnur Cəfərov Ağsu rayon prokuroru vəzifəsinə gətirilib. O, əvvəllər Sumqayıt şəhər prokurorunun müavini vəzifəsində çalışıb.
Ağsu rayon prokuroru Rəşad Mansurov isə tutduğu vəzifədən azad edilərək Salyan rayonuna prokuror təyin edilib.
Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov Oğuz rayon prokuroru təyin olunub.