Xəbər lenti

Kanadadan Azərbaycana narkotik göndərilir - FOTO
Ölkə10:13 28.11.2014

Kanadadan Azərbaycana narkotik göndərilir - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günlərdə Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə “Rapiscan” markalı rentgen aparatı vasitəsi ilə gömrük nəzarəti həyata keçirilərkən Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, gömrük yoxlaması zamanı bağlamanın birindən 2 kiloqram 15 qram, digər bağlamadan isə 2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunub.

Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasənhəmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Qaynar.info