Xəbər lenti

Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş (FOTO)
Ölkə20:37 03.08.2025

Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtərdə kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub.
"Qafqazinfo”nun məlumatına görə, o, Bərdə rayon Körpüqıran kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.
Əldə etdiyimiz məlumata görə, Natiq Hüseynovun kiçik qardaşı Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.
Onlar ailədə 2 qardaş olub. Böyük qardaş Natiq isə bu gün Tərtər kanalında faciəvi şəkildə həlak olub.