Biləsuvar şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək su kanalına düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif avadanlıqlardan istifadə edilərək minik avtomobili kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.