Xəbər lenti

Karantin müddəti bitən əfv olunanların heç birində virus tapılmadı
Ölkə11:32 23.04.2020

Karantin müddəti bitən əfv olunanların heç birində virus tapılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Karantin müddəti bitən əfv olunanların hər biri Ədliyyə Nazirliyi Pentensiar Xidmətin təşkilatçılığı ilə evlərinə göndərilib.
 
Qaynarinfo xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev qeyd edib ki, həmin şəxslər arasında aparılan test yoxlamalarının nəticələri neqativ olub:
"Onların hər birindən analizlər götürüldü, şükürlər olsun ki, heç birində yoluxma faktı aşkarlanmadı. Olar ölkənin 40-dan çox bölgəsinə yola salınıb. Hamısı öz evində, ailələrinin yanındadırlar. Hətta bəziləri azadlıqdan fotolarını da ictimailəşdirərək, müxtəlif mesajlar ötürürlər”.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan 276 məhkum azadlığa buraxılıb.