Xəbər lenti

Karantin rejiminin uzadılması ilə bağlı növbəti rəsmi açıqlama
Ölkə13:14 01.05.2020

Karantin rejiminin uzadılması ilə bağlı növbəti rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ötən iki həftə ərzində koronavirusa yoluxma sayı azalsa da, yumşalma dövründə bir az artım oldu. İki zidd tendensiya müşahidə edildi".
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, həkimlərin səyi nəticəsində vəziyyət nəzarət altındadır:
"Karantin rejimi mayın 31-nə qədər uzadıldı və bəzi ərazilərdə də yumşaldılmasına qərarı verildi. Yoluxma hallarının yüksək olduğu 4 şəhərdə karantindən çıxma yavaş sürətlə həyata keçiriləcək. Digər ərazilərdə isə yüksək sürətlə çıxış olacaq".
"Bakıda restoranlar bağlıdır və SMS icazəsi qüvvədədir" deyə İ. Məmmədov qeyd edib.
O bildirib ki, 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxması icazəsi məsələsinə baxılır: "Mayın 11-dən sonra qərar qəbul edilməsi planlaşdırılır".