Xəbər lenti

Karantini pozaraq, ad günü keçirən direktorun vəzifəsini o icra edəcək - Nazirdən əmr
Ölkə10:49 11.01.2021

Karantini pozaraq, ad günü keçirən direktorun vəzifəsini o icra edəcək - Nazirdən əmr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Karantin qaydalarını pozaraq özünə ad günü keçirdiyi üçün vəzifəsindən azad edilən direktorun vəzifəsi başqa şəxsə həvalə olunub.  
Qaynarinfo-nun oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. 
Onun əmrinə əsasən, Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşı Tural Həşimov Bakı şəhəri 187 nömrəli tam orta məktəbə direktor əvəzi təyin edib. 
Xatırladaq ki, N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.