Xəbər lenti

“KARAT” MTK-nin icraçı direktoru 12 il müddətinə cəzalandırıldı
Ölkə18:30 21.08.2015

“KARAT” MTK-nin icraçı direktoru 12 il müddətinə cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakinləri Rövşən Hacızadənin CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313 (vəzifə saxtakarlığı), Qərib Əmiraslanovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə ) təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İttiham aktına əsasən, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər. 

İstintaq mərhələsində mənimsənilən məbləğin müəyyən qisminini zərərçəkənlərə ödənilməsi təmin edilib.

Məhkəmənin hökmü ilə  R.Hacızadə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Qərib Məmmədov isə 8 il müddətinə şərti cəzaya məhkum olunublar.