Kartof çox yönlü tərəvəzdir, lakin məhsulkdarlığı artırmaq və sağlam məhsul əldə üçün onun yanında düzgün bitki seçmək əkmək lazımdır.
Qaynarinfo xəbər verir ki, ekspertlər bildirir ki, kartofun yanında bəzi bitkiləri əkərək həm məhsuldarlığı artırmaq, həm də xəstəlik və zərərvericilərdən qorunmaq mümkündür. "Southern Living" nəşrinin məlumatına görə, "kompanyon bitkilər” prinsipi ilə kartofu bitişik əkərək torpağın bəslənməsini yaxşılaşdırmaq, zərərvericiləri uzaqlaşdırmaq və daha dadlı məhsul əldə etmək olar.
Kartof əkərkən yanında əkə biləyiniz 12 bitki təqdim edirik:
İspanaq – səthi kökləri kartofun dərin köklərinə mane olmur və məhsul mövsümündə eyni vaxtda yığmaq mümkündür.
Sarımsaq – güclü qoxusu tırtılları və böcəkləri uzaqlaşdırır, xəstəliklərin qarşısını alır.
Lobya – torpağa azot əlavə edərək kartofun inkişafına kömək edir.
Kələm – kartof böcəklərini uzaqlaşdırır.
Xardal – kartof üçün zərərli Kolorado böcəklərini uzaqlaşdırır.
Kahı - ispanaq kimi, kahı və kartof qarışmadan birlikdə səliqəli şəkildə böyüyür. Bir sıra dayaz köklü kahı, sonra bir sıra dərin köklü kartof əkə bilərsiniz.
Qulançar – Güclü qoxusu zərərvericiləri, o cümlədən aphidləri və hörümçək gənələrini dəf edəcək və parlaq bənövşəyi çiçəklər tozlayıcıları cəlb edəcək.
Reyhan – tripsləri uzaqlaşdırır, kartofun dadını artırır.
Məxməri çiçək – müxtəlif zərərvericiləri, o cümlədən Kolorado böcəklərindən qoruyur.
Keşniş – Mənənə (tlya), gənə və ağqanadlılar kimi həşəratların əsas düşmənləri olan paxılca (nənəqızı) və qızılbaşları cəlb edir.
Cəfəri – kartofun dadını yaxşılaşdırır, Kolorado böcəklərini uzaqlaşdırır.
Nastursiya və ya Ləpəçiçək – zərərvericiləri qovaraq kartofu qoruyur.
Kartofun yanında badımcan, xiyar və digər kök bitkiləri əkilməməlidir. Bu bitkilər eyni torpaqdan qidalanır və xəstəliklərin yayılmasına səbəb olur.
Kartofun məhsuldarlığını artırmaq və sağlam bitki yetişdirmək üçün düzgün "kompanyon bitkiləri” seçmək vacibdir.
Günay
Şərhlər