Xəbər lenti

Kaya Kallas: Rusiyanın Aİ-dəki bütün dondurulmuş aktivləri...
Dünya 16:45 12.12.2024

Kaya Kallas: Rusiyanın Aİ-dəki bütün dondurulmuş aktivləri...

Avropa İttifaqı diplomatiyasının yeni rəhbəri Kaya Kallas hesab edir ki, Aİ-də dondurulmuş milyardlarla Rusiya dövlət vəsaiti Ukraynaya kömək üçün istifadə edilməlidir.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Guardian” qəzetinə müsahibəsində danışıb.

Kallas Ukraynanın təzminat üçün qanuni iddialarının olduğunu və Aİ-də yerləşən Rusiya aktivlərinin "Rusiyaya təzyiq aləti” olduğunu bildirib.

O, "həssas mövzu olmasına baxmayaraq - bir gün ora qədər gedəcəklərini" proqnozlaşdırıb. Kallas təklif edib ki, Rusiya vəsaiti "Rusiyanın Ukraynaya vurduğu bütün zərərin” hesabını ödəməyə kömək edəcək.

Bundan əlavə Kallas bildirib ki, ABŞ maliyyələşdirməni dayandırarsa, Avropa Ukraynaya yardımı artırmalıdır. O vurğulayıb ki, Ukraynaya maliyyə dəstəyi "xeyriyyə deyil”, Avropa və ABŞ-ın maraqlarına cavab verir.

"Əgər onlar [ABŞ] yardımı kəssələr, o zaman biz Ukraynanı dəstəkləməyə davam etməliyik, çünki Rusiya qalib gəlsə, nə baş verəcəyindən narahatam”, - deyə diplomat bildirib.

Ona görə də Kallasın fikrincə, Ukraynaya yardım "öz təhlükəsizliyimizə” və qlobal təhlükəsizliyə "sərmayə”dir. O, xüsusilə, Şimali Koreya hərbçilərinin Ukraynadakı müharibədə iştirakı və Çinin Cənubi Çin dənizində hərbi təlimləri fonunda buna diqqət çəkib.

"Çin də Rusiyanın etdiklərini öyrənir", - Kallas qeyd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->