Xəbər lenti

Kazinoda 270 min dollar uduzan keçmiş deputat danışdı
Ölkə07:03 18.11.2016

Kazinoda 270 min dollar uduzan keçmiş deputat danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin Kürdəmirdən olan keçmiş deputatı,  lisenziyası geri alınmış “Debüt bank”ın sabiq rəhbəri Fərhad Qəribov Tibilisidəki kazinoların birində 270 min dollar uduzması barədə Azərbaycan mətbuatında yayılmış xəbərə münasibət bildirib.
Qaynarinfo.Az modern.az-a istinadən xəbər verir ki, o, yazılanların yalandan başqa bir şey olmadığını deyib: 
“Mən bilmirəm bunu kim yazır, niyə yazır, məndən nə istəyir. Amma heç maraqlı da deyil. Mən hazırda evimdəyəm, Bakıda”.
F.Qəribov ümumiyyətlə kazinolara getməyi xoşlamadığını vurğulayıb:
“Mən kazinoya getməyi xoşlamıram. Mənim təqaüdümü yığsanız, heç o qədər eləməz. Hardandır məndə 270 min dolar ki, onu uduzam?”.
Eks-deputat “axı haqqin.az-da 270 min dollar uduzduğunuz iddia olunan xəbərlə yanaşı, kazinoda çəkilmiş videoda görüntüləriniz də var, buna nə deyirsiniz” sualına deputat “olsun, bunlar məni qətiyyən narahat etmir və maraqlandırmır. Mənim heç 5 manat pulum yoxdur, qaldı ki, 270 min dollarm ola və onu kazinoda uduzam”, - deyə cavab verib.
Qaynarinfo.Az