Xəbər lenti

Köçüb getməyən “erməni balaları”
Ölkə15:00 25.02.2013

Köçüb getməyən “erməni balaları”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sovet dövrünə düşən uşaqlıq illərimin xatirələri arasında atamın iş yeri və iş yoldaşları ilə də bağlı məqamlar var. Atamın iş yerinə getməyi xoşlayırdım. Ora gəlib aşağıda, vaxtadakı növbətçiyə atamın familyasını demək, bu zaman onun üzündə peyda olan hörmət əlamətini sezmək, atamın kabinetinə qalxdıqdan, onunla görüşdükdən sonra atamın bəzi digər iş yoldaşlarının gəlib mənimlə görüşmələri, üzdə bildirməsəm də daxilən həm məni fərəhləndirir,  həm də özümü artıq “böyük kişi” kimi hiss etməyimə səbəb olurdu.

Düzdür bu cür “vizitlər” nadir hallarda və əsaslı səbəblərə görə olurdu, amma hər halda atamın evdə bəzən haqlarında söhbət etdiyi bir çox iş yoldaşlarını şəxsən tanımağıma da səbəb olmuşdu.

Atamın iş yoldaşları arasında yadımda daha çox qalanlardan biri də onun Əliyev Sabir Əyyub oğlu adlı bir həmkarı idi. Eynək taxan, bığlı, dolu bədənli, gülərüz, amma gözləri heç zaman gülməyən bir kişi idi. Yadımda qalmağının da səbəbi bu kişinin qəribə taleyi idi.

Deməli, Sabir kişi bütün ömrünü Bakıda yaşamışdı. Atası Əyyub kişinin tək oğlu idi. Böyüyüb evlənmə yaşı çatanda azərbaycanlı qızları bəyənməmiş, bir erməni qızı seçib almışdı. Bu, çox da qəribə hal deyildi, erməni və ya rus qadınlarla evlənmək o zamanlar normal sayılırdı, amma sonradan həmin Əliyev Sabirin atdığı başqa addım onun haqqında iş yoldaşları və tanışları arasında müəyyən söhbətlərə səbəb olmuşdu. Belə ki, bir oğlu və bir qızı olan Sabir kişi, onlar böyüyüb evlənmə yaşına çatandan sonra oğluna da erməni qızı almış, qızını da erməniyə ərə vermişdi. Bir sözlə tam bir erməni kimi. Daha çox qızını erməniyə verməsi azərbaycanlı iş yoldaşları arasında onun hörmətinin sınmasına rəvac veribmiş. Üzünə çox deməsələr də, aralarında narazılıq ifadə edirlərmiş. Əlbəttə, həmişə yox, söz düşəndən düşənə..

Amma Sabir kişi haqda əsas yadda qalan hadisə sonralar baş verdi. Atam da həmin bu Əliyev Sabir Əyyub oğlunun erməni alması, erməniyə qız verməsi haqda ilk dəfə mənə o hadisədən sonra danışdı.

Həmin hadisə də bundan ibarət idi ki, Sabirin artıq nəvələri də olandan sonra məlum oldu ki, rəhmətlik Əyyub kişi Sabiri uşaq vaxtı Bakıda “detdom”dan, yəni uşaq evindən götürüb. Müharibə illərinə görəmi, ya hansısa digər hadisəyə görəsə, uşaq ailəsindən ayrı düşüb və itkin uşaq kimi “detdoma”qəbul olunub. Qəbul olunan vaxtı uşağın nə adı, nə milliyyəti, nə də dəqiq yaşı məlum olmayıb. Rəhmətlik Əyyub kişi də uşaq evinə gəlib, həmin uşağı övladlığa götürüb, adı məlum olmadığına görə də öz adı və familiyasını da ona verib. Beləcə, Əliyev Sabir Əyyub oğlu baba yaşına çatana qədər bir azərbaycanlı kimi böyüyüb. Deyilənə görə heç özü də övladlığa götürülmə olduğunu bilməyib.

Hadisənin üstü isə uzun illərdən sonra Sabiri bacısının gəlib onu tapması ilə açılıb. Arxivlərdə qalmış hansısa sənədlərin əsasında bacısı da, artıq ahıl yaşlarında, qardaşını axtarmağa başlayıb və gəlib onu Bakıda tapıb. Tapanda da məlum olub ki, Sabir... erməni imiş. Əməlli başlı, hər iki valideyni tərəfdən, anadangəlmə erməni. Bu hadisə Sabiri tanıyan hər kəsi şoka salmışdı. Lakin mənim atamı bu hadisədə ən çox heyrətləndirən, Əliyev Sabirin özünü uzun illər azərbaycanlı hesab etməsinə baxmayaraq qəlbində ermənilərə olan rəğbət və məhəbbəti, özünün də erməni olduğunu bilmədən bütün nəsli ilə ermənilərlə qohumluq qurması idi. “Erməni qanı”.. Sabir haqda danışanda tez-tez təkrar etdiyi söz idi atamın. “Erməni qanı özünü necə də biruzə verib”.

Tam reallıqda baş vermiş, hətta qəhrəmanının adını da dəyişmədiyim bu hasdisə uzun illərdir mənim də xatirəmdən silinmir. Həmin Əliyev Sabir çoxdan köçüb başqa ölkəyə gedib. Amma bu əhvalat həqiqətən də, milli qanın insan həyatına təsiri üzrə bəlkə də ən ibrətamiz nümunələrdəndir. Azərbaycanda sonradan baş vermiş bütün siyasi-sosial kataklizmlər, Qarabağ müharibəsi illərində də yadıma düşürdü. Azərbaycanlı ola-ola millətinə xəyanət edənləri, arxadan vuranları, millətini aşağılayanları, düşmənə satanları görəndə, onlar haqda eşidəndə, hər dəfə Əliyev Sabir Əyyub oğlu yadıma düşürdü. Elə bilirdim ki, bunlar da vaxtilə azərbaycanlı ailəsində böyümüş, azərbaycanlı çörəyi yemiş, amma damarlarında erməni qanı axanlardır.

Tez-tez düşünürdüm ki, görəsən, Azərbaycanda bacısı onu gəlib tapmayan, buna görə də hələ də azərbaycanlı kimi tanıdığımız nə qədər  belə erməni uşağı böyüyüb?  Onlar indi hardadır? Hansı statusları, səlahiyyətləri var?

Düşünürdüm ki, görəsən Əliyev Sabirin hadisəsi yeganə hadisə idimi, yoxsa belələri yenə də varmı?

Sonradan, Qarabağla bağlı döyüşlər və bu döyüşləri müşaiyət edən xəyanətkarlıq halları, siyasi kataklizmlər səngiyəndən sonra, bu hadisəni tədricən unutmağa, daha doğrusu daha az yada salmağa başladım.

Amma indi, bizi ermənidən də şərəfsiz təsvir edən həmvətənlərimi görəndən sonra, birdən yenə də bütün detalları ilə xatırladım. Təsvir edəni də, onun insan kimi hüquqlarını demirəm, amma millətini bu cür təhqir etmək, millətinə bu cür xəyanət etmək “hüquq”unu müdafiə edənləri görəndə də Sabiri xatırladım. Düşündüm ki, özünü,  ya da atalarını bacıları gəlib tapmayan “Əliyev Sabir”lər yəqin hələ  də Azərbaycanda var. Konkret kimisə erməni olmaqda ittiham etmək fikrim və haqqım da yoxdur, amma onlardan bizdə hələ də var. Haqqında danışdığım, erməni olduğunu bilən Əliyev Sabir Əyyub oğlu kimi də heç hara köçüb getməyiblər.

Əsgər Əsgərov
Qaynar.info