Xəbər lenti

Ölkə 11:44 04.01.2024

Keçid balları nə qədər aşağı düşəcək? (AÇIQLAMA)

"Ali məktəblərə nəzərdə tutulan plan yerlərində artım olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Elçin Əfəndi bildirib ki, 2026-cı ilə qədər dövlətin müəyyən etdiyi bir strategiya mövcuddur:

"Bu layihə çərçivəsində ümumi ali məktəblərə plan yerlərinin artırılması nəzərdə tutulur. Hardasa 60 min üzərində plan yerləri var. Bu da onu deməyə əsas verir ki, plan yerlərinin çox olması ümumi keçid ballarına təsir edə bilər". 

Ekspert bildirib ki, ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid balları azala bilər:



"Abituriyentlərin mart ayında keçiriləcək imtahanlarının nəticələrini açıqlanmasından sonra daha konkret fikir söyləmək olar. Eyni zamanda qəbulla bağlı müraciət edən abituriyent sayını nəzərə almalıyıq. Ola bilər ki, bütün abituriyentlərin imtahanlarının nəticəsi daha yüksək ola bilər. Bu da bizim gözləntilərimizin əksinə gətirib çıxarar. İmtahanlar martın 3-ü və 10-da keçiriləcək. Yalnız imtahanın nəticələrindən sonra daha dəqiq demək olar ki, istiqamətlər üzrə ballarda enmə hansı halda mümkün ola bilər".
 
Konkret olaraq hansı ixtisaslar üzrə keçid ballarının aşağı enməsinə gəlincə, Elçin Əfəndi qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təsdiq olunan 150 ballıq ixtisaslar var:

"Hər bir qrupda 150 ballıq ixtisaslar var. Həmin ixtisaslar müvafiq şərtlər daxilində abituriyentlərin qəbulunu həyata keçirir. Hər iki imtahan mərhələsində ümumi 150 bal toplayan, yəni blok imtahanında 50 baldan 100 bala kimi nəticəsi olan abituriyent iştirak edə bilər. Bundan aşaığı düşmə ehtimalını gözləmirləm".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?