Xəbər lenti

Keçmiş icra başçısının qohumu qəza törətdi, 3 nəfər öldü
Ölkə05:40 11.04.2020

Keçmiş icra başçısının qohumu qəza törətdi, 3 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şabranda baş verən ağır yol qəzasında rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu, Babayev Cəlal Azad oğlu ölüb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, rayonun Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı digər rayon sakinləri - İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran (Dəvəçi) Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Xanoğlan oğlu Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.
Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.