Xəbər lenti

Keçmiş idarə rəsinin məhkəməsinin vaxtı bəlli oldu
Ölkə13:48 17.10.2023

Keçmiş idarə rəsinin məhkəməsinin vaxtı bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub. 
Qaynarinfo xəbər verir ki, növbəti proses oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baş tutacaq.  
Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) təqsirləndirilir. İttihama görə, o, 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisinin tapşırığı əsasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manatdan çox vəsaiti mənimsəyib. 
Məlikməmməd Qurbanov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Seyid