Ölkə 16:06 18.01.2023

Keçmiş işçisi “Şahzadə” restoranında oğurluq etdi

Xətai rayonu, Babək prospekti 32 ünvanında yerləşən "Şahzadə” restorununda oğurluq olub.

Qaynarinfo-nun məlumatına görə, Pərviz adlı keçmiş işçisi Əli İslamovla görüşmək adı ilə restorana gəlib. 

Pərviz orada çalışan Əli İslamovun "Samsung A21S” markalı, 450 manat dəyəri olan telefonunu danışmaq üçün istəyib. Telefonu verdikdən sonra Pərviz ona yuxarıdan su gətirməyi xahiş edib. Əli İslamov restoranın ikinci mərtəbəsindən su gətirən zaman artıq Pərvizin orada olmadığını, telefonunu da apardığını görüb.

Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini etiraf edərək bildirib ki, Əli İslamovun telefonunu anasının dərmanlarını almaq üçün məcburiyyət qarşısında qalaraq oğurlayıb və dəymiş ziyanı ödəyəcək. O, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə Pərviz barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 1 ay müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilib.

Əhməd