Xəbər lenti

Keçmiş komitə sədrindən həbs olunacağı ilə bağlı xəbərə reaksiya
Ölkə10:54 11.05.2018

Keçmiş komitə sədrindən həbs olunacağı ilə bağlı xəbərə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin də adı hallanır, hətta həbsi ilə bağlı xəbərlər yayılmaqdadır. 
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Unikal.org saytına açıqlama verən Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsinə görə həbs ediləcəyi ilə bağlı məlumatları yalan adlandırıb: 
"Kiminsə əməlinə qiyməti hüquq-mühafizə orqanları verə bilər. Yazılan məlumatların əsası yoxdur. Azərbaycan huquqi dövlətdir, ona görə də hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanda söz azadlığı olsa da, hərə öz sözünə cavabdehlik daşımalıdır”.