Bakıda ticarət mərkəzində oğurluq edən şəxs yaxalanıb.
Qaynarinfo xəbər verir ki, Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzində baş verib.
Ticarət mərkəzinə daxil olan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Fərid Abdulhadi mərkəzdəki mağazalardan birindən bahalı gödəkçəni geyinərək hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abdulhadi saxlanılıb.
Məlum olub ki, F.Abdulhadi əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.