Xəbər lenti

Keçmiş məhkum özünü yandıraraq intihar etdi
Ölkə06:24 26.01.2017

Keçmiş məhkum özünü yandıraraq intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə keçmiş məhkum özünü yandırıb.

Bu barədə Trend-ə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Hadisə yanvarın 26-sı gecə saat 02 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, dalan 1, ev 5-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sultanov Arif Məmməd oğlu yaşadığı evdə üzərinə tez alışan maddə töküb. A.Sultanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qaynarinfo.Az