
“Ziya Məmmədov məni elə bir vaxtda divara sıxdı ki, azyaşlıqızım ölüm ayağında idi. Onun müalicəsi ilə məşğul idim. İşsiz qalandansonra xərclərini qarşılaya bilmədim. Məni avtovağzalın qapısındanqovdular. Son ümid yerim olan işimi itirdim. Ardınca isə həyatda qalmasıxərc tələb edən övladımı...”
Qaynar.info xəbər verir ki, bu sözləri virtualaz.org saytının müxbiri ilə söhbətində Tofiq Qurbanov deyib.
T.Qurbanovixtisasca riyaziyyatçıdır. 1982-1999-cu illərdə Respublika HesablamalarMərkəzində işləyib. Nəqliyyatda yükdaşıma, sərnişindaşıma üzrə şöbəninrəisi olub. 100-ə yaxın işçiyə rəhbərlik edib. Sonralar statistikşöbəni, texniki xidmət şöbəsini, enerji ehtiyatlarının bölüşdürülməsişöbəsini idarə edib.
Həmsöhbətimiz özü haqda deyir ki, halal adamolub. Əlinin altında çalışan, işi ondan keçən yüzlərlə işçisi olub. Pulqazanıb özünə ev-eşik, rahat həyat düzəltmək üçün saysız-hesabsızşansları olub. Amma baş-qulağı dinc bir həyat sürüb. Ta ki, ZiyaMəmmədov Dövlət Dəmiryol İdarəsindən yeni yaradılmış NəqliyyatNazirliyinə nazir gətirilənə qədər...
“Ziya Məmmədov gələn kimi avtovağzalı mənimsədi...”
TofiqQurbanov nəqliyyat nazirinin onun ailəsinə vurduğu sağalmaz, dərin izburaxmış yaralardan danışır: “1999-cu ildə “20 yanvar” metrosuyaxınlığında Mərkəzi Avtovağzal tikilməkdə olanda məni HesablamalarMərkəzindən ora mühəndis göndərdilər. Təchizat materiallarının təminolunması işinə nəzarət edirdim.
Avtovağzalistismara veriləndən sonra aparıcı-iqtisadçı oldum. Bütün rayonlarda 24strukturumuz vardı, onların fəaliyyətlərinin təhlili, ştatın tutulmasıvə sair işlərə nəzarət edirdim. Bu, 1999-cu ildə oldu. 2003-cü ildəNəqliyyat Nazirliyi yarandı, Ziya Məmmədov qurumun başına gətirildi.Nazir olan kimi də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı HacıbalaAbutalıbova məktub yazdı ki, yeni avtovağzalın tikintisi üçün Motodromərazisində 7,5 hektar torpaq ayrılsın. Sonra da Mərkəzi Avtovağzalınəsasnaməsini dəyişdi. Guya yığıncaqda bizim iştirakımızla qəbul olunmuş,əslində isə məzmunundan xəbərimiz olmayan əsasnaməyə görə, işçiləri 3aylıq əmək müqaviləsinə keçirtdi. Beləcə, avtovağzalı mənimsəməyəbaşladı”.
Nazirin qəzəbindən qorxan çoxları müqaviləyə imza atsada Tofiq Qurbanov özünü mütəxəssis və işində qüsursuz hesab etdiyinəgörə belə bir müqaviləyə imza atmaqdan imtina edyini deyir: “Mənyazmadım. 2003-cü ildə Motodromun yerində təzə avtovağzal tikilməyəbaşladı. 2005-ci ilin yanvarında tapşırıq müqavilələri əsasında naziravtovağzalı öz oğlu üçün yaratdığı şirkətə - “M-TRANS”a verdi. Həminvaxt “M-TRANS”ın heç nəyi yox idi. Bir həsir, bir də Məmmədnəsir idi. 8ədəd kiçik tutumlu avtobusu var idi. Bu adamlar biznesə dilənçilikləbaşladılar - sürücülərdən qəpik-quruş yığmaqla. Allah xasiyyətlərinikəssin, bu xasiyyətləri hələ də davam edir.
Avtovağzalı “M-TRANS”averib işçiləri də ora keçirtdilər. Mən və təqribən 16 işçi keçmişavtovağzalda qaldıq. Ziya Məmmədov sahibkarlığı inkişaf etdirmək adıaltında bütün rayon daşımalarını oğluna verdi”.
Anarın dostu Ziya Məmmədova kələk gəldi...
T.Qurbanovundediklərindən: “Əvvəl “M-TRANS”a nazirin oğlu Anarın yaxın dostuMübariz Abbasovu direktor təyin edirlər. Anar uşaq, Mübariz də qurd...Baxırlar ki, bu qədər avtobus var, gecə-gündüz daşımalar var,ondan-bundan yığılan pullar var, ancaq kassa boşdur.
Ziya Məmmədovda ona göstərilən cüzi pulla yaxın düşmür. Departamentin rəisi ÇingizBaxışovla Mübariz Abbasovu yanına çağırıb gəliri-çıxdaşı hesablamağabaşlayır. Mübarizlə Çingiz elə nazirin yanındaca tutuşurlar.Bir-birlərinə söyüşün biri bir qəpikdən... Məsələ bununla bitir ki,Mübarizi işdən qovurlar. Xımır-xımır yediyi milyonları ondan sonralar daala bilmədilər. Ziya Məmmədov “M-TRANS”a isə bu dəfə öz qardaşı oğlunudirektor təyin edir...
Mərkəzi Avtovağzalın fəaliyyəti dayanmamışBakı Beynəlxalq Avtovağzalı fəaliyyətə başladı. Dediyim kimi, işçilərinçoxunu işdən çıxardılar, bir hissəsini “M-TRANS”a keçirib BakıBeynəlxalq Avtovağzalına apardılar. Mən və 16 işçi qaldıq köhnəsində.Bizim avtovağzalın direktoru Ağaqasım müəllim nə qədər dil tökdüsə,ərizə yazmadım. Dedim, qoy Ziya Məmmədov bütün Nəqliyyat Nazirliyininişçilərinə fəaliyyətimi təftiş etdirsin, əgər iynə ucu qədər qüsurumututa bilsə, nəinki işdən çıxarsın, lap dama basdırsın, razıyam”.
“Verdikləri xidməti vəsiqə də saxta idi”
“Gördülərtutduğumdan əl çəkmirəm, dedilər, kişi, şələ-küləni yığ, ərizəni yaz,keç “M-TRANS”a. Belə də etdim. Məni də Bakı Beynəlxalq Avtovağzalınaköçürdülər. Bir ay işə gedib-gəldim. Mənə “M-TRANS”ın xidməti vəsiqəsinidə verdilər. Hansı ki, üstündə vəzifəm “M-TRANS”ın aparıcı iqtisadçısıkimi göstərilmişdi.
Halbukisonralar mən onları məhkəməyə verəndə hakim həmin vəsiqəni saxtaadlandırdı. Çünki həqiqətən də vəsiqənin üstündə verildiyi tarix,etibarlılıq müddəti, vədiqəni verənin adı, soyadı, imzası yox idi. Bax,bunlar “M-TRANS”ı belə idarə edirdilər”.
T.Qurbanov sözünə belədavam edir: “Bu, elə bir vaxt idi ki, işdə bir nazirin ordusu ilə, evdəisə azyaşlı övladımın səhhəti ilə çarpışırdım. Vəziyyətimiz çox ağıridi. Üstümə çoxlu borc yığmışdım. Balamı müalicə etdirirdim. Belə birvaxtda o boyda nazir bir işçisinin heysiyyəti ilə oynayırdı.
Biray gedib-gəldiyim iş yerinə bir səhər buraxılmadım. Dedilər, nazir beləgöstəriş verib. Səbəb isə o idi ki, nazirin öz adamlarının “qaramühasibatlığı”nı ifşa edirdim. İran, Türkiyə daşımalarına, kassadasatılan biletlərə nəzarət edirdim, haqq-hesabını aparırdım. Sonra dayuxarı hesabat verirdim. Deyirdilər, a kişi, burnunu hər yerə soxma.Çünki özlərinə öz qanunsuz, qara əməllərinin hesabatını təqdim edirdim,acıqlarına gəlirdi.
Ona görə də nazirə nə dedilərsə, məni işdənuzaqlaşdırmağı göstəriş verdi. Nəqliyyat Nazirliyinin qarşısında az qalaçadır qurdum ki, Ziya Məmmədov məni qəbul edib dinləsin. İş itirənvaxtım deyildi. Mən 4 ildir ki, nazirin yanına düşüb ona üzbəüz deməkistəyirəm ki, o, mənim əlimdən təkcə işimi yox, balamı da alıb”.
TofiqQurbanov işə bərpa və işsiz qaldığı müddətdə itirilmiş maaşın onaödənilməsi iddiası ilə məhkəməyə də üz tutub. Məhkəmə iddiasını təminetməyib. Sonra da Prezident Administrasiyasının rəhbərinə məktubyollayıb.
Onun özünü dinləyək: “Ziya Məmmədov və onunqohum-əqrəbasının apardıqları qanunsuz avtovağzal əməliyyatı mənə,ailəmə külli miqdarda maddi-mənəvi zərbə vurmaqla 14 yaşlı övladımınölümü ilə nəticələnib. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə ZiyaMəmmədovun dəmir yolunun rəisi işlədiyi dövrdə dövlət əmlakınımənimsədiyini demişdi, onun əməllərinin Baş Prokurorluqda araşdırılmasıüçün göstəriş vermişdi.
Ziya Məmmədov sonralar nazir vəzifəsinəirəli çəkildi, toxunulmazlıq əldə etdi, nəqliyyat sahəsini “şahqanundur” prinsipi ilə idarə etməyə başladı. İşdən çıxarılandan bəri -bu 4 il ərzində haqlarımı tələb etmək üçün nə Ziya Məmmədovun, nə dəqeyrilərinin qəbuluna düşə bilməmişəm.
Avtovağzal əməliyyatınıniştirakçıları dəbdəbəli həyat tərzi sürürlər. Mən və ailəm isə onlarınqanunsuz hərəkətlərinin qurbanlarıyıq. Ziya Məmmədovun qohum-əqrəbasımənə qarşı qeyri-insani davranıb. Mən onların əməllərinə hüquqi qiymətverilməsini tələb edirəm”.
Qaynar.info