Xəbər lenti

Keçmiş nazir müavini vəfat etdi
Ölkə10:49 30.05.2015

Keçmiş nazir müavini vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun keçmiş direktoru Abdulla Mehrabov 77 yaşında dünyasını dəyişib. Anspress-in verdiyi məlumata görə, A.Mehrabov 1938-ci, il mayın 1-də Gürcüstanın Saraclı kəndində anadan olub. Natamam orta təhsilini kənddə, tam orta təhsilini Arxılıda alıb.
1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını fərqlənmə diplomu ilə bitirib.
1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında müəllim işləyib. 1963-cü ildə o, elmi staj keçmək məqsədilə, Leninqrad Dəqiq Mexanika və Optika İnstitunun "İstilik fizikası" kafedrasına göndərilib, bərk cisimlərin istilik xassələrinin tədqiqi üçün yeni üsullarla tanış olub və elmi-tədqiqat işləri aparıb.
1964-1967-ci illərdə Leninqrad şəhərində həmin institutun əyani aspiranturasında "Bərk cisimlər fizikası" ixtisası üzrə təhsilini davam etdirib, 1967-ci ildə vaxtından əvvəl "Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
Onun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi hazırlanıb.
Professor A.Mehrabov dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir. Rus dilində çap olunmuş "Mürəkkəb həndəsi formalı sistemlərdə istiliyin ötürülməsi" monoqrafiyası elmi ictimayyət tərəfindən yüksək qiymətləndirilmişdi.
A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək Azərbaycan Respublikası xalq təhsili nazirinin müavini vəzifəsində işləmişdi. 2001-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna rəhbərlik edib.
Professor A.Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilib, 2006-cı ildə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb
Qaynar.info